“Formula-1”in ən faydalı pilotlarının siyahısı açıqlandı
21 aprel 2019 20:24 (UTC +04:00)

“Formula-1”in ən faydalı pilotlarının siyahısı açıqlandı

 
“Formula-1” üzrə dünya çempionatının iştirakçılarının karyeraları ərzində öz komandalarına gətirdiyi qazanc açıqlanıb.
 
ONA-nın məlumatına görə, siyahıya Sebastyan Fettel başçılıq edir.
 
Hazırda “Ferrari”də çıxış edən pilotun göstərdiyi nəticələr hesabına onun komandaları 511 milyon dollar qazanc götürüb.
“Mersedes”in üzvü Luis Hamilton isə indiyədək 449,4 milyon dollar fayda verib. İlk üçlüyü “Alfa Romeo”nun üzvü Kimi Raykkonen qapayır – 386,3 milyon dollar.
 
Qeyd edək ki, bir neçə gün öncə yarışın tarixi ərzində ən çox qazanan pilotların siyahısı açıqlanmışdı. Həmin cədvəlin birinci pilləsində karyerası ərzində 489 milyon dollar qazanan Luis Hamilton qərarlaşmışdı. 
# 710
avatar

Oxşar yazılar