
XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ABŞ-da keçirilə bilər.
ONA-nın məlumatına görə, bu barədə Polşada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Yaçek Çaputoviçlə birgə mətbuat konfransında deyib.
O, bildirib ki, bununla bağlı ötən gün ABŞ dövlət katibindən dəvət alıb.
E.Məmmədyarov bildirib ki, xarici işlər nazirlərinin sonuncu görüşü Moskvada baş tutub və Rusiya xarici işlər naziri Segey Lavrov öz təşəbbüsünü ortaya qoyub: "Bu görüşə dair çox pozitiv deyiləm, amma hesab edirəm ki, Rusiya Federasiyası ilə birgə səylərimizi ikiqat-üçqat artırmaqla münaqişənin həllində irəliləyişə nail ola bilərik", - deyə, E.Məmmədyarov bildirib.
O, həmçinin Polşaya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinə dair sərgilədiyi mövqeyə görə öz təşəkkürünü bildirib.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23