874
11:12
03 Aprel 2019

Brilliant Dadaşova xalq artistinin söyüş videosundan danışdı - VİDEO

Xalq artisti Brilliant Dadaşova növbəti dəfə sosial şəbəkədə tənqidi videosunu paylaşıb.

Lent.az -ın məlumatına görə, müğənni xalq artisti Aftandil İsrafilovun söyüşlə dolu videosuna haqq qazandırıb və bu mövzuda bəzi jurnalistləri günahlandırıb: "Xasiyyətimi çoxları bilir. Bir vaxtlar mən Mirzə Babayevə görə çoxları ilə - aparıcı, redaktor, rejissorlarla dava edirdim. Hətta telekanallardan imtina edirdim ki, onsuz efirə gəlməyəcəm. Böyüklərimizə dəyər vermək, qiymət qoymaq lazımdır. Sonra iş elə gətirdi ki, Mirzə dayısız efirə getmirdim.Afdandil İsrafilovun bir videosu yayılıb. Orada kişi məclisidir, Aftandil bəy öz dostları arasında ona edilən zarafata senzuradan kənar ifadə işlədib. Bir səhifə isə onu paylaşaraq "Xalq artistimizə baxın" sözlərini yazıb. Nə demək istədiyini anlamağa çalışıram. Aftandil İsrafilov bütün Qafqazda qarmon ustalarının ustadıdır. Öz dostları arasında olan zarafatı İnstaqrama yerləşdirməklə nə etmək istəyirlər? Bunu anlayandan sonra artıq bu mövzuya qayıtmayacam. İnanıram ki, bütün ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaqlar".