![[b]Bakı-Almatı aviareysi üzrə birbaşa uçuşlar başladı[/b]](https://lent.az/storage/news/2019/april/02/big/66babb5a03b559ca46b05c25923edc07.jpg)
[b]Bakı-Almatı aviareysi üzrə birbaşa uçuşlar başladı[/b]
0
0
Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
ONA-nın məlumatına görə, AZAL-ın reysləri hər həftənin II və VI günləri “Airbus A319” tipli təyyarə ilə həyata keçirilir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından aparılır.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis və əldə etmək mümkündür.
0
0