1272
11:32
02 Aprel 2019

Müğənni Aysel Əlizadə UTANDI: "Ailə tərbiyəsi..."

Adı “ailə dağıtmaqda” hallanan müğənni Aysel Əlizadə sosial şəbəkədə status yazıb. Lent.az -ın məlumatına görə, ifaçı onu tənqid edənlərə bu cür cavab verib: “Bu həyatda ən zövq aldığım xasiyyətim heç bir zaman özümü haqlı çıxartmağa görə şəxsiyyətimi alçaltmamağım və bununla mübarizə aparmamağımdır. Həzrəti Mövlana buyurub ki, bizi bilən bilir, bilməyən də özü kimi bilir. Ona görə də səbr etmək lazımdır. Susmaq qızıldırsa, danışmaq gümüş misalı. Onu da deyim ki, bu sözlərim hər kəsə şamil deyil, lazım olanlar özlərinə götürəcək. Vaxtınız olsa mənimlə, mənim həyatımla maraqlanmaqdansa, dönün arxivinizə özünüzə vaxt ayırın. Baxın görün ki, orda nələr var. Kor kora kor deməsə, bağrı çatlayar.

Aysel həmçinin sosial media hesabında etdiyi paylaşımlarında şərh bölümünü niyə bağlı saxlamasına da aydınlıq gətirib: “Şərhləri niyə bağlayırsan deyənlərə də açıqlama: dörd gözlə “fake” profillə gözləyən məni “sevən izləyicilərim” var.Tərbiyəsi zəif olan, ailə tərbiyəsi olmayanların yazdıqlarından utanıb bağlayıram. Qara siyahıya atıram, yenə də göbələk kimi artırlar”.