“Volverhemton” Raul Ximenezi transfer etmək istəyir - <span style="color:red;">Rekord məbləğ
29 mart 2019 19:25 (UTC +04:00)

“Volverhemton” Raul Ximenezi transfer etmək istəyir - Rekord məbləğ

İngiltərənin “Volverhemton” futbol klubu Raul Ximenezi rekord qiymətə transfer etmək istəyir.
 
Lent.az AZƏRTAC-a istinadənxəbər verir ki, hazırda “Volverhemton”da icarə əsasında forma geyinən 27 yaşlı meksikalı hücumçunu klub 25 milyon funt-sterlinqə bir dəfəlik transfer edəcək. Bu məbləğ İngiltərə klubu üçün rekord qiymət olacaq.
 
Qeyd edək ki, Raul Ximenez cari mövsümdə “Volverhemton”un heyətində keçirdiyi 35 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
# 855
avatar

Oxşar yazılar