300
10:50
27 Mart 2019

Futzalçılarımız Kipr yığması ilə qarşılaşacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək. Bu barədə Lent.az -a AFFA-dan bildirilib.

Xəbərə görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq .

Oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.