550
14:46
25 Mart 2019

Avstriya Prezidenti Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə görüşəcək

Avstriya Prezidenti Van der Belen martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşməyi planlaşdırır.
ONA -nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya prezidentinin dəftərxanası məlumat yayıb.
Avstriya Prezidenti günün birinci yarısında N. Paşinyanı, günün ikinci yarısında Prezident İlham Əliyevi qəbul edəcək.