
Xəzərdə balıq ovu kvotası 33 faiz azaldıldı
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 33 faiz azaldılıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.
Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00