![[b]Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib[/b]](https://lent.az/storage/news/2019/march/19/big/690bd10db0abf8147a7e2466b3b97075.jpg)
[b]Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib[/b]
0
0
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik ünvanlayıb.
Lent.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcək.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.
0
0