
“Azərbaycan xalqı əfv sərəncamının imzalanmasını səbirsizliklə gözləyirdi" - Deputat
“Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin əfv sərəncamı imzalamasını səbirsizliklə gözləyirdi. Bildiyimiz kimi, möhtərəm Prezident tərəfindən mütəmadi olaraq humanist addımlar atılır. Bu addımlardan biri də Novruz bayramı ərəfəsində ölkə başçısının imzaladığı əfv sərəncamıdır. Cənab Prezidentin imzaladığı bu sərəncam 400-dən çox insanı əhatə edəcək”.
Bunu ONA-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür: “Eyni zamanda, bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir. Düşünürəm ki, bundan sonra da Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər davam etdiriləcək və ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf möhkəmlənəcək”.
O bildirib ki, hər bir insan üçün ən şirin nemət onun azadlığıdır: “Bildiyimiz kimi, bu, birinci əfv sərəncamı deyil. Ölkə başçısı tərəfindən dəfələrlə belə humanist addımlar atılaraq əfv sərəncamları imzalanıb. Budəfəki əfv sərəncamı isə hesab edirəm ki, digərlərindən miqyasına görə də fərqlənir. Sərəncamla əfv olunanların arasında müxtəlif növ cinayət törətmiş, cərimə, islah işləri, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq cəzasına məhkum edilmiş, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər var. Mən Əfv Komissiyasının üzvü, millət vəkili kimi cənab Prezident İlham Əliyevə növbəti humanist addımına görə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13