
® Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında olan Bravo hiper marketdə (Koroğlu metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda
müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Bravo 3 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00