888
16:11
04 Mart 2019

Fatimə qızının toy vaxtını AÇIQLADI: “...qadağa qoyublar” - VİDEO

Bu yaxınlarda qızının “hə”sini verən rəqqasə Fatimə Fətəliyeva danışıb.

Lent.az -a açıqlama verən rəqqasə bildirib ki, qızının toyuna hazırlaşır: “Ən böyük arzularımdan biri bu günü görmək idi. Allah mənim qızımı və dəyərli kürəkənimi xoşbəxt eləsin. Toy hələ tezdir. Çünki hazırlaşmalıyıq. Yəqin ki, yayda olacaq. İndidən deyim ki, toyda media iştirak etməyəcək. Yəqin ki, bu qərarımdan heç kim inciməz. Qızım toyunun mediada işıqlandırılmasını istəmir. Qızımdan əlavə, yeni qohumlarımız da məclisinin mətbuatda yer almasını istəmir. Toyda iştirak edəcək məşhurlara da bəy və gəlinlə şəkil çəkdirməyə qadağa qoyulacaq. Bu qadağanı mən qoymuram. Qadağanı mənə qoyublar".

Zaman-zaman adı qalmaqallarda hallanan rəqqasə bildirib ki, bundan sonra diqqətli olacaq: “Artıq özümə bir çox qadağalar qoymuşam. Çox şeyləri özümə qadağa edəcəm. Çünki artıq mən qayınanayam”.