![[b]Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb[/b]](https://lent.az/storage/news/2019/february/28/big/adc060e06afb4fd86ea737dbfdd98f25.jpeg)
[b]Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb[/b]
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Bu barədə Lent.az-a Xarici İşlər Nazirlitindən bildirilib.
Məlumata görə, görüş zamanı Borge Brende Elmar Məmmədyarovu bu il aprelin 6-7-də İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.
Öz növdəsində, Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədləri ilə bölüşüb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabrın 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.
XİN başçısı Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.
Görüş zamanı, regional və qlobal gündəlikdə olan mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45