Prezident: 800 mənzil alınıb şəhid ailələrinə veriləcək
25 fevral 2019 14:47 (UTC +04:00)

Prezident: 800 mənzil alınıb şəhid ailələrinə veriləcək

Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu günə qədər mənzil almayan bütün şəhid ailələri növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar