267
10:22
25 Fevral 2019

Rəqsanənin qızı əziyyət çəkir: “Neyləyim?”

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “X maqazin” verilişində maraqlı etiraflar edib. Lent.az -ın məlumatına görə, Aysun bildirib ki, şıltaq olduğu üçün əziyyət çəkir:

“Şıltaqlığıma görə əziyyət çəkirəm. Necəyəmsə, eləyəm. Başqa cür ola bilmərəm. Buna görə də məni qınayırlar. Deyirlər çox səmimisən, gülürsən. Üzdə özümü sakit, ağıllı göstərsəm, sonra məni tanıyanlar deməyəcək ki, bu, nə afiristlikdir edirsən? Mən beləyəm. Özümü dəyişdirsəm, onda da mənə deyərlər ki, qudurdu. Yaxşı, bəs mən neyləyim?”.