196
11:16
19 İyul 2018

Azərbaycan-İtaliya biznes forumu keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Prezidentlər biznes forumda çıxış ediblər.