93
14:10
18 İyul 2018

İlham Əliyev: “Əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində...”

“İtaliya hazırdaATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliyaATƏT-in sədri kimi Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həlli işində fəal rol oynayacaq”.

APA -nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyevitaliyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən cənab prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları –Dağlıq Qarabağvə onun ətrafında yerləşən 7 rayon uzun illərdir Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib.ATƏTişğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var.BMTTəhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bir həftə bundan əvvəlAvropa İttifaqıilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir dahaAvropa İttifaqıtərəfindən dəstək göstərilib: “Bir gün ondan sonraNATOZirvə görüşünün nəticəsində qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənib. Yəni, heç kəs üçün sirr deyil ki, Ermənistan bizim tarixi torpaqlarımızı qanunsuz yollarla zəbt edib və bu torpaqlardan çıxmalıdır. Ancaq bundan sonra bölgədə sülh, əməkdaşlıq ola bilər və ancaq bundan sonra Cənubi Qafqazda geniş miqyasda əməkdaşlıq aparıla bilər”.

APA