83
12:07
06 İyul 2018

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır

”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”.

Bu barədə APA -nın Moskva müxbirinə açıqlamasındaATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlikDağlıq Qarabağmünaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

APA