136
15:17
05 İyul 2018

"Xəzər" telekanalından 2 tanınmış işdən çıxdı

“Xəzər” telekanalında kadr dəyişikliyi olub. Lent.az -ın məlumatına görə, telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb. Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.

Qeyd edək ki, K.Bayramovun və N.Nurun işdən çıxarılması xəbərini eşidən bir neçə şou-biznes əhli onlara dəstək olduqlarını yazıblar.