133
04:54
03 İyul 2018

Hava limanına və Metropolitenə işıq verildi

"Heydər Əliyev Beynəlxalq Hava Limanına və Bakı Metropoliteninə elektrik enerjisinin verilişi bərpa olunub"

Bunu APA -ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, artıq Bakının əksər rayonlarına, həmçinin Sumqayıt və Xırdalan şəhərlərinə, eyni zamanda ölkənin şimal və qərb rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub.