177
17:13
02 İyul 2018

Azərbaycanlı müğənni övladlığa uşaq götürür: "Biri oğlan, biri qız"

“Maşın şou"nun qalibi, müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürmək niyyətindədir. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Stop” verilişində danışıb:

“Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O gedəndən sonra iki uşaq övladlığa götürəcəm. Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq etmək”.

Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.