93
04:12
01 İyul 2018

Qadın 2-ci mərtəbədən yıxıldı

Gəncədə qadın 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. APA -nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binalardan birində qeydə alınıb. 1983-c il təvəllüdlü Təkin İlahə Ağa qızı yaşadığı binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə yıxıldığı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.