110
17:59
29 İyun 2018

80 yaşlı müğənnimiz pəhriz saxlayır: "Axşamlar yemirəm"

Xalq artisti Teymur Mustafayev daim formada qalmasının sirrini açıqlayıb. Lent.az -ın məlumatına görə, 80 yaşlı ifaçı “O başdannan” verilişində bildirib ki, kökəlməmək üçün iştahına güc gəlir:

“Yeməyin özü bir mədəniyyətdir. Gərək qidalanmanı gözləyəsən. Kökəlmək istəməyən qəti yeməsin. Səhər və nahar yeyirəm. Səhər nehrə yağı, bal, qaymaq yeyirəm. Amma şam yeməyi qadağandır. Neçə illərdir mən saat 4-dən sonra heç nə yemirəm”.