“Mixaylo”nun 100 illiyi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə Müdafiə Nazirliyinə tapşırılır ki, Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Oxşar yazılar

Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO
27 yanvar 2021 , 21:06
Putin Qarabağla bağlı 10 noyabr bəyanatından DANIŞDI
27 yanvar 2021 , 16:21
"Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq" - Hikmət Hacıyev
27 yanvar 2021 , 15:32
İlham Əliyev Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimovu qəbul edib
27 yanvar 2021 , 14:28
Hərbçilər Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar - Prezident
27 yanvar 2021 , 14:23
Prezident Şuşaya xüsusi nümayəndə təyin etdi
27 yanvar 2021 , 13:05
AŞPA Katibliyinə qadın rəhbərlik edəcək - 72 ildən sonra...
27 yanvar 2021 , 03:30
AŞPA Ermənistanın düzəlişlərini RƏDD ETDİ
27 yanvar 2021 , 00:18