Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə görüşüb
23 iyun 2018 17:09 (UTC +04:00)

Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour , Avstraliyanın MYOB İnc. şirkətinin baş direktoru Tim Reed, KAGIDER-in prezidenti Sanem Oktar, Böyük Britaniyanın Palladium şirkətinin müxtəlifliklər üzrə əsas təmsilçisi Rosanna Duncan və Kataloniyanın Qabaqcıl Tədqiqatlar İnstitutunun (ICREA) tədqiqatçısı, professor Paul F.M.J. Verschure ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı məlumatlar verib, fikir mübadiləsi aparılıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.

 

# 412
avatar

Oxşar yazılar