Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
	
	Lent.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında aparıcının köməkçisi məlumat verib. Bildirib ki, N.Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır:
	 
	“Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağ ciyərində onkoloji şiş tapılıb.  Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”
 
                 
                             
    