![[b]"Bu münaqişə böyük humanitar fəlakətə gətirib çıxarıb" - Qüdrət Həsənquliyev[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Bu münaqişə böyük humanitar fəlakətə gətirib çıxarıb" - Qüdrət Həsənquliyev[/b]
"Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verilib".
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib: "Qarşımızda duran ən cciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".
Millət vəkili qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq: "Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Biz ordu müdafiə sənayesinin inkişafına böyük diqqət yetiririk. Bu münaqişə həllini taparsa, bu vəsait digər sahələrə həllini tapa bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır".
Q. Həsənquliyev sammit iştirakçılarını Cənubi Qafqaz regionunda baş verənlərə etinasız qalmamağa çağırıb.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45