96
09:48
07 İyun 2018

“Buta Airways” Bakıdan Alanyaya birbaşa uçuşlara başladı

Bu gündən etibarən “Buta Airways” Bakıdan Türkiyənin Alanya bölgəsinə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev adına HavaLimanından “ APA -Economics”ə verilən məlumata görə, artıq ilk aviareys saat 07:50 radələrində həyata keçirilib.

Qeyd edək ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

APA