<b>AXC-nin 100 illiyi ilə bağlı konsert keçirildi</b> - <span style="color:red;">YENİLƏNİB
28 may 2018 22:29 (UTC +04:00)

AXC-nin 100 illiyi ilə bağlı konsert keçirildi - YENİLƏNİB

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

 

Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, Xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları böyük maraqla dinlənildi. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, Əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşadıb.

 

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx da nümayiş olunub. Eyni zamanda, tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar da nümayiş etdirilib. Konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olunub. Sonda birlik və həmrəylik, müstəqilliyimizin əbədiliyinə qəti inam rəmzi olaraq incəsənət ustaları hamılıqla səhnəyə çıxaraq Azərbaycanın dövlət himnini oxuyublar.

 

İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib. Bakı Kristal Zalındakı konsert proqramı Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda birbaşa yayımlanıb. Tədbirin sonunda Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı oldu.

 

***

 

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.

 

Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edirlər.

 

# 484
avatar

Oxşar yazılar