
Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - YENİLƏNİB
Mərkəzi Bankda yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.
Yeni pul nişanının dizaynını ABŞ-ın “Crane Currency” şirkəti hazırlayıb, Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
Əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.
Daha sonra isə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı təqdim edilib. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31,1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı da təqdim olunub. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.
Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.
***
Saat 18:35
Azərbaycanda 200 manatlıq əskinaslar dövriyyəyə buraxılır
"APA-Economics"in məlumatına görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankında təqdimat mərasimi keçirilib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06