90
10:47
20 May 2018

Kənan Doğulu Bakıda konsert verdi - FOTOLENT

Türkiyəli müğənni Kənan Doğulu Bakıya gəlib. Lent.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün Bakı Konqres Mərkəzində konsert verib.

Doğulu səhnəyə əlində Azərbaycan və Türkiyə bayrağı olan qızların müşayiəti ilə çıxıb. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən sənətçi tamaşaçılarla söhbət də edib. Məşhur müğənnini dinləməyə gələnlər arasında sənət adamları da yer alıblar.