![[b]Vitse spikerdən ETİRAZ: "Bir kriminalı müdafiə edirsiniz"[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Vitse spikerdən ETİRAZ: "Bir kriminalı müdafiə edirsiniz"[/b]
“Azərbaycanın hansı regionda yerləşdiyi məlumdur. Azərbaycanın “Əsrin müqaviləsi” imzalanarkən hansı təhdidlərlə qarşı-qarşıya olduğu da məlum idi. Heydər Əliyev də bunu qeyd etmişdi. Buna baxmayaraq, Azərbaycan o vaxt bu müqaviləni imzaladı”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin yaradıldığını xatırladıb: “Ermənistan bu gün terror siyasəti yürüdür. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular. Görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan gələcəkmi? Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firəvanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, yalnız bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır. Avropa İttifaqı niyə Azərbaycan qarşı ikili siyasət həyata keçirir, işğalçı Ermənistana qarşı isə sanksiya tətbiq olunmur? Ukrayna ilə bağlı Rusiyaya isə fərqli münasibət göstərilir. Torpaqlarımızın 20 faizi işğal olunub, siz isə orada bir kriminalı müdafiə edirsiniz. Bu gün Azərbaycanın işğal olunmuş rayonlarında narkotik yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir".
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07