93
11:58
07 May 2018

Zamiqin toyu təxirə düşdü: "...toy olmayacaq"

Azərbaycanlı müğənni Zamiq Hüseynovun bu ay baş tutacaq toyu təxirə düşüb. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Xəzər maqazin”ə danışıb. O bildirib ki, bu ay toy olmayacaq: “Hamı mənə çox sual verdi. Axırda dedim ki, hə, bu ay toy olacaq. Təbii ki, bu, alınacaq, amma dəqiq vaxt bilinmir. Hər şey yolundadır, sevgi və məhəbbət yerindədir. Bu dəqiqə başqa planlar var”.

Qeyd edək ki, Z.Hüseynov bir dəfə evli olub və boşanıb.