150
09:17
03 May 2018

15 dövlətin vətəndaşlarına “ASAN Viza”lar veriləcək - SİYAHI

"Bu günə qədər 420 minə yaxın əcnəbiyə "ASAN Viza" sistemi vasitəsilə elektron viza verilib".

Bunu APA -ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

"ASAN xidmət"in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin - Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanınhavalimanlarında “ASAN Viza”lar veriləcək.

Ü. Mehdiyev qeyd edib ki, 2017-ci ilin yanvar ayından "ASAN Viza" sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.