
Tacir efirdə onu biabır edən dayısı haqda: "Özünü idarə edə bilmir"
Müğənni Tacir Şahmalıoğlu ötən gün Xəzər TV-də yayımlanan "5/5" verilişində dayısının onun haqda söylədiyi fikirlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal canlı yayımda Tacirlə telefon bağlantısı yaradıb. Aparıcı müğənnini məsələdən agah edəndə Şahmalıoğlu təəccüblənib.
O, dayısını atdığı addıma görə ciddi ittiham edib və dayısı haqda "Özünü idarə edə bilmir, efirdə çıxıb bu məsələni danışır" sözlərini işlədib.
Sənətçi eyni zamanda dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.
Qeyd edək ki, ötən gün adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs müğənni T.Şahmalıoğlunun dayısı qismində verilişdə açıqlamalar verərək, ifaçını qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib.
Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46
Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11