62
02:53
27 Aprel 2018

Azərbaycanlı alim erməni saxtakarlıqları ifşa etdi

Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı XX əsrin əvvəllərindən bəri Qərb ölkələrində “erməni məsələsi”nə dair çap edilən memuarların əksəriyyətinin həqiqəti əks etdirmədiyini ortaya çıxarıb. APA -nın Türkiyə müxbirinin məlumatına görə, Türk Tarix Qurumu və Aydın şəhərindəki Adnan Menderes adına universitetin birgə təşkil etdiyi “Osmanlıdan Cümhuriyyətə beynəlxalq xatirat” mövzusundakı konfransda çıxış edən professor Qafar Çaxmaqlı Ruben Ter-Minasyanın 1952-ci ildə ABŞ-da çap edilən “Bir inqilabçının xatirələri” adlı kitabında ermənilərin Osmanlı torpaqlarında qətliamlar törətdiklərinə dair faktlar yer aldığına görə, erməni vəhşiliyinin mühüm dəlili olan o kitabın ermənilərin özləri tərəfindən mağazalardan yığışdırıldığını bildirib.

Professor Qafar Çaxmaqlı Birinci dünya müharibəsi illərində ABŞ-ın İstanbuldakı səfiri olan Henri Morqentaunun erməni katibləri tərəfindən yazılan xatirələrinin də saxta olduğuna diqqəti cəlb edib: “2 il İstanbulda yaşayan Morqentau bir dəfə də olsa şəhərdən kənara çıxmadığı halda Osmanlı imperiyasının ən uzaq guşələrində cərəyan edən hadisələri öz gözləri ilə necə görə bilərdi?”. Qafar Çaxmaqlı, Birinci dünya müharibəsi illərində yüzbaşı olan Sarkis Torosyanın xatirələrinin də saxta olduğunu ifşa edib.

Türk Tarix Qurumunun Aydın şəhərindəki Adnan Menderes universiteti ilə birgə təşkil etdiyi beynəlxalq konfransda Qərb ölkələrindən, keçmiş sovet respublikalarından, Orta Şərq ölkələrindən və Azərbaycandan alimlər iştirak edir.