Xalq artisti Səməd Səmədov “Sirdaş Rövşanə” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, verilişin aparıcılarından Afət Rahilqızının Səməd Səmədova verdiyi sual digər aparıcı Rövşanəylə arasında fikir ayrılığı yaradıb.
Belə ki, Səməd Səmədovdan keçmiş həyat yoldaşı haqqında dediyi fikirlərin səbəbini soruşan Afət Rövşanənin etirazı ilə qarşılaşıb. Səməd Səmədov isə açıqlamasına görə üzr istəyib:
“Bu mövzu bağlanıb. Mən düz hərəkət etmədim. Mənə yaraşmayan hərəkət etdim. O ailədən üzr istəyirəm. Kişiyə yaraşmaz ki, qadının arxasınca danışsın”.