<b>Səməd Səmədov şou əhlinə mesaj göndərdi: <span style="color:red;">“Gündəmdəyəm...”  - VİDEO</b>
23 aprel 2018 14:33 (UTC +04:00)

Səməd Səmədov şou əhlinə mesaj göndərdi: “Gündəmdəyəm...” - VİDEO

Xalq artisti Səməd Səmədov repertuarındakı yenilikdən söz açıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Hamlet İsmayılova, musiqisi, aranjemanı Fərid Kərimliyə məxsus “Dəbdəyəm, gündəmdəyəm” adlı mahnı oxuyub: “Əslində bu mahnım bəzi şou-biznes əhlinə bir mesajdır. İllərdir səhnədə olasan, mahnıların dillər əzbəri olsun, bir də gündəmdə olasan, bu hər bir müğənniyə nəsib olmur. Şou-biznesdə bir çox müğənnilərin ulduzları parlayıb, amma gündəmlə ayaqlaşmağı bacarmadıqları üçün sönüb. Mahnıya gəldikdə isə, ilk qulaq asdığım gündən bəyəndim. Düşünürəm ki, dinləyicilərin xoşuna gələcək”.

 

# 350
avatar

Yalçın UĞUR

Oxşar yazılar