<b>Tolik küsülü olduğu Sevinc-Sevilə səsləndi: <span style="color:red;">"Atalarının yasında..."</b>
12 aprel 2018 16:25 (UTC +04:00)

Tolik küsülü olduğu Sevinc-Sevilə səsləndi: "Atalarının yasında..."

Prodüser Tarix Əliyev (Tolik) küsülü olduğu Sevinc-Sevil Səfərova bacıları barədə danışıb. Lent.az-ın məlumatına görə, prodüser “Hər şey daxil” verilişində deyib ki, bacılar onu özlərinə düşmən sayır:
 

“Dostlarım olub ki, atalarının yasında onlara dost, qardaşları olmuşam. Bu gün mənə üz çevirib, özlərinə düşmən biliblər. Ataları öləndə onları mənə əmanət qoyub getmişdilər. Bu gün bəzi dostluqlara nifrət edirəm ki, ancaq kağız üstündə qurulur”.

Qeyd edək ki, Tolik bir müddət öncə açıqlamasında bildirmişdi ki, əkizlər əməkdar artist Röya Ayxana görə ondan küsüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar