“Seçki xalqın iradəsini tam ifadə edib”  
12 aprel 2018 09:42 (UTC +04:00)

“Seçki xalqın iradəsini tam ifadə edib”  

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycanda keçirilən  növbədənkənar prezident seçkilərilə bağlı bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində vəziyyət, seçki komissiyalarının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi azad, ədalətli, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradılıb.

 

“Tərəfimizdən aparılan  müşahidələr göstərir ki, seçki komissiyaları seçki prosesinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin bu prosesdə yaxından iştirak etməsi üçün hərtərəfli şərait yaradıb. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasında keçirilən 11 aprel 2018-ci il növbədənkənar  prezident seçkilərinin müşahidəsini təşkil etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında 126  nəfər üzv və tərəfdarını  respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş müşahidəçilərimizin seçki günü  72 Dairə Seçki Komissiyası ərazisində  630 Məntəqə Seçki Komissiyasında müşahidə  aparıblar.

Müəyyən edilib ki, müşahidə aparılan məntəqələr qanunvericilikdə nəzərdə tutulmuş vaxtda səsverməyə açılıb, komissiya üzvləri və kifayət sayda müşahidəçilər, o cümlədən bütün namizədlərin nümayəndələri  məntəqələrdə olublar. Müşahidəçilər prosesi rahat izləməyə imkan verən əlverişli mövqedə yerləşdiriliblər. Səsvermə kabinələri bülletenlərin doldurulması zamanı gizliliyin gözlənməsinə imkan verən vəziyyətdə, eyni zamanda komissiya üzvləri və müşahidəçilər üçün aydın görünən məsafədə quraşdırılmış, seçki qutuları möhürlü və hamının rahat görə biləcəyi yerdə qoyulub.

Seçicilərin səs verməsi üçün lazımi şərait yaradılmış, səsvermə prosesi ümumən qanunauyğun keçirilib, ictimai asayişin pozulması hallarına yol  verilməyib. Məmurların və polis əməkdaşlarının seçki prosesinə qanunsuz müdaxiləsi hallarına yol verilməyib.

Səslərin sayılması prosesi tam müşahidə altında həyata keçirilib, səsvermənin nəticələrinə dair protokollar maraqlı tərəflərə verilib”.

 

Göstərilənləri nəzərə alaraq, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi apardığı müşahidələr əsasında bəyan edir ki, 2018-ci il 11 aprel prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq  azad, şəffaf və ədalətli şəraitdə keçirilib, xalqın iradəsini tam olaraq ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar