148
10:54
01 Aprel 2018

Kemerovonın qubernatoru istefa verdi

Ticarət mərkəzində baş vermiş dəhşətli yanğının çoxsaylı insan tələfatı ilə nəticələnməsindən sonra Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev istefa verib. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o istefa ərizəsini bazar günü prezident Vladimir Putinə təqdim edib.

Qeyd edək ki, hadisədən sonra A.Tulayev üzərində böyük təzyiq yaranmışdı.

Martın 25-də Kemerovodakı "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.