Xalq artistinin oğlu evləndi - TOYDAN FOTOLAR
04 mart 2018 17:33 (UTC +04:00)

Xalq artistinin oğlu evləndi - TOYDAN FOTOLAR

Martın 3-də bəstəkar, xalq artisti Eldar Mansurov oğluna toy edib.

 

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt restoranlarından birində keçirilən məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər.

 

Gecədən fotoları aparıcı Zemfira Adıgözəlova İnstaqram hesabında paylaşıb.

 

Qeyd edək ki, E. Mansurovun 2 oğlu var. 66 yaşlı bəstəkarın oğlu Ülvi Mansurov yanvar ayında vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə yaradılmış İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinə baş direktor təyin edilib.

 

O, bundan öncə “Azərpoçt” MMC-nin baş direktoru, daha əvvəl isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar