62
17:58
27 Fevral 2018

Səidə Sultana elçi gəldilər: "Evdə məni razı saldılar"

Müğənni Səidə Sultan şəxsi həyatından danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “Şou məkan” verilişində bildirib ki, sevgilisi yoxdur: "Dostum nə isə deyər" düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram. Tək tənha Səidəyəm. Sevgilimdə yoxdur. Fikrim ancaq işimdədir. Sevgi istəmirəm. Sevgiləri də gördüm. Mənim üçün mənasızdır. Necə olursa olsun, məni sevəcək olan adam çalışır ki, sadəcə “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə münasibətdə olsun. Şəhərdə adı çıxsın ki, Səidənin sevgilisidr. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı nədənsə istifadə edir. Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Mən bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, məni kimsə bəyənib evlənməyib. Bu mənim qərarımdır, kimlərisə bəyənməmişəm, ailə qurmamışam. Azərbaycanda biz qonşuya, qohuma görə yaşayırıq. Mən isə bu dünyada özüm üçün yaşayıram. Bu ailəni mən quracam, mən yaşayacam. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.

Səidə onu da əlavə edib ki, bu yaxınlarda ona evlilik təklifi də olunub: "Əvvəlcə evdəməni razı saldılar. Elçilər gəldi. Sözsüz ki, hazırlıqlar olmalıydı. Süfrə filan açılmalıydı. Mən heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan biraz da burda qalsa, onu boğub öldürərəm. Özünün sözü olan, mərdi-mərdanə birinə ərə getmək istəyirəm. Kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə həyatda yaşayan adama getmək istəmirəm".