"Eurovision" təmsilçimiz Xocalı soyqrımına mahnı həsr etdi -<span style="color:red;"> VİDEO
26 fevral 2018 12:03 (UTC +04:00)

"Eurovision" təmsilçimiz Xocalı soyqrımına mahnı həsr etdi - VİDEO

 

Bu gün Xocalı soyqırımından 26 il ötür. Lent.az-ın məlumatına görə, bu münasibətlə müğənni Aysel yeni layihə təqdim edib.

Bu il ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək sənətçi “Wistfulness” adlı kompozisiya hazırlayıb.

“Bu kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib. Bu il “Eurovision” təmsilçisi olmağım mənim üçün bir şans idi. Bu şansdan istifadə etməyə bilməzdim. Bu vəhşiliyi dünyaya çatdırmaq üçün belə bir mahnı hazırladım” deyə, Aysel bildirib.

Mahnıda kamançanı xalq artisti Fəxrəddin Dadaşov, muğamı isə Vüqar Əliyev ifa edib. İdeya müəllifi Azər Cəfərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar