Zaurdan Elnura gözlənilməz sual: <span style="color:red;">"Qız deyilsən ki..."
20 fevral 2018 18:21 (UTC +04:00)

Zaurdan Elnura gözlənilməz sual: "Qız deyilsən ki..."

Müğənni Elnur Məmmədov 5/5 verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, bir daha toylarda mahnı oxumayacağını açıqlayan Elnura aparıcı Zaur Kamal “Qızda deyilsən ki, sənə kimsə pul buraxsın, sponsorluq etsin, toya da getməyəsən. Nədən pul qazanacaqsan?” sualını verib. İfaçı isə öz növbəsində: “Çox istərdim ki, səhnə müğənnisi statusunu qazanaq. Yəni toylara getməyək. Mənə kim buraxıb ki? Mən özüm-özümü maliyyələşdirmişəm. Toya getməsəm konsertlərdən qazanacam. İldə 2-3 dəfə konsert verirəm. Amerikada da konsertlərim olub”.

 

Qeyd edək ki, bir müddət öncə toylara getməyəcəyini açıqlayan zaman bu sözləri demişdi: “Artıq toy bazarında məni görməyəcəklər, el şənliklərindən imtina edirəm, daha oxumayacam. Bunun da səbəbləri var. Bilirsiniz ki, toy şənliklərinin ayrıca repertuarı olur, istər-istəməz özünə uyğun bilmədiyin mahnıları oxumaq məcburiyyətində qalırsan. İstəyirəm hamı məni səhnə müğənnisi kimi görsün. Bundan sonra yalnız sənətimlə məşğul olacam. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə solo-konsertlər vermək fikrindəyəm. Onsuz da Azərbaycanda az-az oluram, vaxtımın çoxu səyahətlərdə keçir. Mən də bilirəm ki, müğənninin gəlir yeri yalnız toylardır. Lakin səhnəni daha üstün tuturam. Qaldı ki, biznesimə, bu məsələ mənə aiddir, bu barədə danışmaq istəmirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar