Mülki Məcəlləyə dəyişiklik təsdiqlənib
16 fevral 2016 16:18 (UTC +04:00)

Mülki Məcəlləyə dəyişiklik təsdiqlənib

0

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsində  aşağıdakı dəyişikliklər edilib:

 

900.1.2-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

 900.1.3-cü maddədə “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

 900.1.4-cü maddədə “atasının adı” sözlərindən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

 902.1.2-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

902.1.3-cü maddədə “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

902.1.8-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilib.

 

941.5-ci və 941.6-cı maddələr aşağıdakı redaksiyada verilib:

“941.5. Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

 

941.6 Sığorta brokeri ilə təkrarsığortaçı arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği təkrarsığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsində nəzərdə tutulmuş qaydada köçürülməsi zamanı, təkrarsığorta haqqından çıxıla bilər.”.

 

Bildirək ki, bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar