Daxili İşlər Nazirliyi Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 12-də saat 01 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Balahacı Nağıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini həmyerlisi Elman Mikayılov xəstəxanaya yerləşdirilib, E.Mikayılov orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
*****
10:38
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə Bakı-Xocasən yolunun 4-cü kilometrliyində baş verib. 1985-ci il təvəllüdlü Nağıyev Balahacı Rafiq oğlunun sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq metal çıpərə çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.