Qaçırdığı avtomobillə qəza törətdi
28 yanvar 2016 12:50 (UTC +04:00)

Qaçırdığı avtomobillə qəza törətdi

Bakıda qaçırılmış avtomobil qəza törədib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Hafiz Mahmudova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və orada yerləşən mağazanın divarına vurulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İmişli rayon sakini Tural Mehdiyev tutulub.

# 239
avatar

Oxşar yazılar