İqtisad Universitetində “Siqaretdən imtina” günləri keçirilir
19 noyabr 2015 11:05 (UTC +04:00)

İqtisad Universitetində “Siqaretdən imtina” günləri keçirilir

 

İqtisad Universitetində (UNEC) “Siqaretdən imtina” günləri keçirilir.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyi ilə Tələbə Gənclər Təşkilatının birlikdə təşkil etdiyi “Siqaretdən imtina” günləri çəçivəsində universitetin professor-müəlim heyəti, tələbə, magistrant, doktorantları və bütün əməkdaşları xüsusi hazırlanan lövhənin qarşısında çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə #nefesiniqoru #siqareteyox #tustusuzheyat #smokekillsus #saveurlungs #nosmokeyeslove həştəqləri ilə paylaşacaqlar.

Siqaretsiz həyatı təbliğ etmək üçün şəkillərdə hər kəsin pozitiv görünməsi şərtlərdən biridir.

Eyni zamanda tələbələr “Siqaretdən imtina” günü çərçivəsində video rolik hazırlayıblar. Videorolikdə siqaretin zərərlərindən bəhs edilir.

# 189
avatar

Oxşar yazılar